Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti yubiley medalı ilə təltif olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
Ölkə sahibkarları adından Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığını ifadə edən Məmməd Musayev bildirib ki, yüksək dövlət təltifinə layiq görülməyim, çoxminlik azərbaycan sahibkarlarının əməyinə, onların ölkə iqtisadiyyatına verdikləri töhfənin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan sahibkarları Ulu Öndərin ideallarına sadiq qalaraq, ölkə rəhbərliyinin ətrafında sıx birləşərək, bundan sonra da Azərbaycanın tərəqqisi naminə iqtisadiyyatın inkişafının təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri şərəflə həyata keçirəcəklər.