Məmməd Musayev TDTSP-nın baş katibi Adəm Kulanı qəbul edib
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının baş katibi Adəm Kulanı qəbul edib.
Palatanın 2020-ci ildəki fəaliyyıt planı barədə məlumat verən A.Kula onun hüquqi statusu, büdcəsinin formalaşdırılması ilə bağlı müzakirələr aparıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci zirvə görüşünün bu il Türkiyədə olacağını qeyd edən baş katib bu il sədrliyin Azərbaycandan Türkiyəyə keçəcəyini də bildirib.
Sonra Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının işçi heyətinin tərkibi və formalaşdırılması ilə müzakirələr aparılıb.
ASK prezidenti Məmməd Musayevin sözlərinə görə, Türkiyə başda olmaqla türkdilli dövlətlərlə iqtisadi əməkdaşlığın yüksəldilməsi məqsədilə kompleks tədbirlər hazırlanıb. Özbəkistan, Qazaxıstanla əməkdaşlığın intensivləşdirilməsi məqsədilə silsilə tədbirlərin görüldüyünü xatırladan Konfederasiyanın prezidenti həmin ölkələrin səfirləri ilə görüşlər keçirdiyini, Palataya üzv dövlətlərin sahibkarları arasında birbaşa əlaqələr yaranmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.
