skip to Main Content

Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvanda Sahibkarlar Gününə Həsr Olunmuş Tədbir Keçirilib

Aprelin 24-də Naxçıvan Sarayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, həmçinin şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sahibkarlar Günü münasibətilə biznes nümayəndələrini təbrik edib, qeyri-neft sektorunda müşahidə olunan müsbət inkişaf dinamikasını və ixrac potensialının artdığını qeyd edib.

Digər çıxış edənlər – kənd təsərrüfatı naziri Rəfail Quliyev və Konfederasiyanın İdarə Heyətinin sədri Vüqar Abbasov sahibkarlığın inkişafında dövlət dəstəyinin və dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Tədbirdə sahibkarlardan “Reges Tikinti Materialları MMC”nin icraçı direktoru Kamal Kərimov və “Badamlı Mineral Sular MMC”nin icraçı direktoru Azad Həsənov çıxış ediblər.

Tədbirin sonunda sahibkarlıq fəaliyyətində fərqlənən bir qrup sahibkara Konfederasiya tərəfindən təşəkkürnamələr təqdim olunub.

Back To Top