
- This event has passed.
Bakıda Azərbaycan-Rusiya Biznes Forumu
Oktyabr 16, 2014 / 10:30 səhər - 5:00 axşam UTC+4

ASK məlumat üçün bildirir ki, 16 oktyabr 2014-cü il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya Biznes Forumu keçiriləcəkdir.
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dək Rusiya şirkətinin iştirakı nəzərdə tutulur.
Sizi Bakı Biznes Mərkəzində (ünvan:Neftçilər pr-ti, 32) keçiriləcək forumda iştiraka dəvət edirik.
İştirakçıların qeydiyyatı saat 10:30-da başlayacaqdır.
Sözügedən tədbirdə iştirak edəcəyiniz təqdirdə vaxt məhdudluğunu nəzərə alaraq, qısa müddət ərzində şirkətinizi təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini bizə bildirmənizi xahiş edirik.
Əlavə məlumat üçün ASK-ya müraciət edə bilərsiniz.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 43
E-mail: nhasanova@ask.org.az