
- This event has passed.
Bakıda Azərbaycan-Qazaxıstan biznesforumu keçiriləcək
Aprel 5, 2023 / 9:30 səhər - 2:00 axşam UTC+4

Hörmətli #sahibkarlar!
Azərbaycan Sahibkarlar Konfederasiyası və Qazaxıstanın #QazTrade dövlət şirkətinin təşkilatı dəstəyi ilə 04-06 aprel 2023-ci il tarixlərində Qazaxıstan Respublikasının 20-dən çox şirkəti ticarət-iqtisadi biznes missiya çərçivəsində Azərbaycanda işgüzar səfərdə olacaqlar.
#Qazaxıstan şirkətləri arasında 10-a yaxın şirkət #qida və #aqrar məhsullar istehsalçısı, 10-dan çox şirkət isə #neft avadanlığı, #elektrotexnika məhsulları, #mebel, xüsusi iş geyimi, #gübrə, #tikinti və #metal materialları, hərbi və xüsusi texnika istehsalçılarıdır.
Ticarət-iqtisadi işgüzar missiya çərçivısində 05 aprel 2023-ci il saat 08:30 – 14:00 arası rəsmi dövlət nümayəndələrinin və yerli şirkətlərin iştirakı ilə #BiznesForum və #B2B görüşlər keçiriləcəkdir.
Tədbirin keçirilmə məkanı: JW Marriott Absheron Baku Hotel (Azadlıq meydanının yanı)
Sizi və əməkdaşlarınızı bu tədbirdə iştirak etməyə dəvət edirik !
Qeydiyyat mütləqdir. İştirak ödənişsizdir.
Qeydiyyat üçün link: https://az.b2bask.ru/azerbaycan-gazaxistan-b2b
Əlaqə üçün: 050 475 57 28 Aqil Babayev