
- This event has passed.
Çətin dövrlərdə effektiv kommunikasiya
May 22, 2020 / 4:00 axşam - 5:00 axşam UTC+4

Hörmətli Sahibkar!
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə ərazisində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə fərqli sahələri əhatə etməklə müxtəlif mövzularda məlumatlandırıcı seminarların təşkilini davam edir.
Belə ki, 22.05.2020 tarixində saat 16:00-da Azərbaycan Sahibkarlar Konfederasiyası və EDC Azerbaijan şirkətinin təşkilatçılığı ilə “Çətin dövrlərdə effektiv kommunikasiya” mövzusunda canlı yayım təşkil olunacaq. Canlı yayım idarəetmə üzrə expert, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisində Tərəfdaşlıq və İnkişafın Maliyyələşdirilməsi üzrə müşaviri Şəms Mustafayevanın moderatorluğu ilə baş tutacaq.
Canlı yayımda aşağıdakı məsələlərə toxunulacaq:
Rəhbərlik tərəfindən verilən qətiyyətli qərarların aktuallığı
Qərarların virtual plattformalar vasitəsiylə əməkdaşlara çatdırılması
Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: Azərbaycan Sahibkarlar Konfederasiyası
#ask #sahibkarlar #biznesedestek #karantindebiznes #covidsahibkartesir