skip to Main Content

Selçuk Akat Konfederasiyada olub

Selçuk Akat Konfederasiyada Olub

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev  ölkəmizdə səfərdə olan Türkiyə İqtisadiyyat Nazirliyi nəzdindəkiTürkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədriSelçuk Akat ilə görüşüb.Görüşdə 2017-cı ilin fevral ayında kənd təsərrüfatı ilə bağlı Bakıda keçirilməsi nəzərdə tutulan tədbirin detalları müzakirə edilib.

ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Konfederasiya ilə DEİK arasında əməkdaşlıqla əlaqədar müvafiq plan hazırlanmalı, türk mütəxəssislərin təcrübəsindən azərbaycanlı sahibkarlar səmərəli istifadə etməlidir. M.Musayev həmçinin qeyd edib ki, bu məqsədlə də fevral ayında keçiriləcək tədbirə aqrar sahədə fəaliyyət göstərən  iş adamları dəvət olunacaq. Türkiyənin kənd təsərrüfatı sahəsində əldə etdiyi zəngin təcrübənin yerli sahibkarlar üçün əhəmiyyəti yüksək qiymətləndirib.

Görüş zamanı həmçinin Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə gələcək əməkdaşlığın  təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə ATİB İdarə Heyətinin sədri Cemal Yangın da iştirak edib.

 

Back To Top