skip to Main Content

Anlaşma memorandumu hər iki təşkilatın inkişafına zəmin yaradacaq

Anlaşma Memorandumu Hər Iki Təşkilatın Inkişafına Zəmin Yaradacaq

Cari ilin fevral ayının əvvəllərində Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Yunanıstan-Azərbaycan Ticarət Palatası (YATP) arasında anlaşma memorandumu imzalanmışdır. Anlaşma memorandumunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Yunanıstan-Azərbaycan Ticarət Palatasının  İdarə Heyətinin sədri Kostas Vamvakasi mzalamışlar.

Anlaşma memorandum hər iki ölkənin biznes icmaları arasında səmərəli ticarət və iqtisadi əlaqələrinin inkişafı,yeni imkanların və eyni zamanda, ticarət və investisiyaların təşviqi iki təşkilatın üzvləri arasında ticarət, sənaye və kənd təsərrüfatı əlaqələrinin genişlənməsi məqsədi ilə imzalanmışdır.

Memorandum iki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsində böyük rol oynayacaqdır.

 

Gülüstan Həsənova

Back To Top