“Bavariya – sahələr üzrə əməkdaşlıq” layihəsi
Bildiririk ki, 24-28 aprel 2017-ci il tarixlərində “Bavariya – sahələr üzrə əməkdaşlıq” layihəsi çərçivəsində Azərbaycan nümayəndə heyəti Bavariyaya işgüzar səfər edəcəkdir.
Səfərin əsas məqsədi meyvə-tərəvəz istehsalı və emalı ilə məşğul olan Azərbaycan və Bavariya şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
İşgüzar səfər çərçivəsində sahə üzrə forum, ikitərəfli görüşlər və müəssisələrə ziyarətlər təşkil ediləcək, daha sonra iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
Təyyarə bileti və viza alınması hər bir iştirakçının öz hesabına olmaqla digər xərclər təşkilatçılar tərəfindən qarşılanacaqdır.
Sizi sözügedən işgüzar səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində iştiraka dəvət edirik.
Səfərdə iştirak edəcəyiniz təqdirdə Azərbaycan Sahibkarlar Konfederasiyasına məlumat verməniz və göndəriləcək anket formasını 17 mart 2017-ci il tarixinə qədər doldurmanız xahiş olunur.
- İştirak haqqı 160 avrodur.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 42/43
E-mail: nhasanova@ask.org.az