skip to Main Content

Mərakeşlə ticarət əlaqələrimiz genişləndiriləcək

Mərakeşlə Ticarət əlaqələrimiz Genişləndiriləcək

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx  (Mohamed Adil Embarch) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın prezidenti Məmməd Musayevlə görüşündə Azərbaycan və Mərakeş  arasındakı  iqtisadi əlaqələr, özəl sektorun  hazırkı vəziyyəti,  investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf  perspektivləri və s. kimi məsələlər müzakirə edilib.

ASK-nın  prezidenti  Məmməd Musayev  Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar  haqqında   məlumat verib. Daha sonra Azərbaycan- Mərakeş  iqtisadi əməkdaşlığının, xüsusilə də özəl sektorun müxtəlif istiqamətləri üzrə  genişləndirilməsinin vacibliyindən  söhbət açib. İki ölkənin iş adamları arasında əməkdaşlıq  əlaqələrin genişləndirilməsini məqsədəmüvafiq hesab edən M.Musayev ticarət əlaqələrinin inkişafı üçün böyük perspektevlər olduğunu da qeyd edib. Mərakeş şirkətlərini birgə əməkdaşlıqda daha fəal olmağa dəvət edib, birlikdə qonşu ölkələrin bazarlarına çıxmağın faydalı olacağını  da səfirin diqqətinə çatdırıb. Bildirib  ki, iqtisadi əlaqələrin  inkişafında  Azərbaycan Sahibkarlar Konfederasiyası   öz imkanlarını səfərbər etməyə hazırdır. Mərakeş vətəndaşlarını  Azərbaycana həm investisiya yatırmağa, həm də turist gəzintisinə dəvət edib. Azərbaycan-Mərakeş sahibkarları arasında gələcəkdə müxtəlif  biznes forumların təşkil edilməsi məqsədəmüvafiq hesab olunub. Görüşdə ölkəmizdə aqrar sahənin  inkişafına xüsusi diqqət yetirildiyi,  pambıq,tütün, fındıq  və s. kimi kənd təsərrüfatı məhsullarının  ixrac qabiliyyətli olduğu istisna edilməyib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx bildirib ki, xalqlarımız  arasında müxtəlif ənənələr, mədəniyyət baxımından oxşarlıqların olması iki ölkə arasında qırılmaz əlaqələrin inkişafına əminlik yaradır. Mərakeşin  dünyada ən geniş azad ticarət şəbəkəsinə malik ölkə olduğunu deyən səfir hər iki ölkə üçün  ticarət və ikitərəfli investisiyalar baxımından inkişafı üçün yüksək poensial olduğunu da qeyd edib. İki ölkə arasındakı iqtisadi münasibətlərin inkişaf etdirilməsində də maraqlı olduqlarını ifadə edən səfir ölkələrimiz arasında nəinki siyasi, həmçinin dostluq, iqtisadi  əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Bildirib ki, Mərakeşdə alternativ enerji sahəsinə böyük vəsait xərclənir, 2030-cu ilədək ölkənin 52%-ni alternativ enerji ilə təmin etməyi planlaşdırırlar. Təmsil etdiyi ölkənin bu sahədə əldə etdiyi böyük təcrübəni Azərbaycanla paylaşmağa hazır olduqlarını qeyd edən diplomat iki ölkənin özəl sektoru arasında  əməkdaşlığın daha da genişləndirilməsinin xususilə  əhəmiyyəti olacağını da istisna etməyib. Bu məqsədlə də özəl sektorun inkişafına dəstək olacaq layihələrin, bu sahədə  ixtisaslaşmış Mərakeş şirkətlətinin təcrübəsindən yararlanmağı tövsiyyə edib. İş adamları arasında qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına təkan yaradacağına əminliyi qeyd olunub. .”Azərbaycan – 2020″ və iqtisadiyyatın şaxələndirilməsi proqramlarını uğurlu addım kimi qiymətləndirib. Bildirib ki, gəlirlərin iqtisadiyyatın müxtəlif istiqamətlərinə yönəldilməsi gələcəkdə öz müsbət bəhrəsini verəcək.

Daha sonra Mərakeş şirkətləri ilə yerli sahibkarlar arasında  əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair  razılğa gəlinib.

 

Back To Top