skip to Main Content

Konfederasiya “Bandırma Ticarət Odası” ilə saziş imzaladı

Konfederasiya “Bandırma Ticarət Odası” Ilə Saziş Imzaladı

Türkiyə Odalar və Borsalar Birliyinin nümayəndə heyəti Azərbaycan Respublikası  Sahibkarlar ( İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasında (ASK) qonaq oldular.

 

Birliyin İdarə Heyətinin sədri Mehmet Kılkışlı bu dəfəki səfərdə Türkiyənin inkişaf etməkdə bandırma bölgəsinin iş adamlarının Azərbaycana səfər etdiklərini qeyd etdi. Onun sözlərinə görə, səfərin müsbət nəticələri var, hətta bu şəhərin iş adamları artıq Azərbaycanda yem istehsal edən fabrikin açılması haqqında “Siyəzən Broler” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıblar.

 

Cənab Kılkışlı Azərbaycandan keçən tranzit mallarının Avropaya daha tez çatdırılma yollarından birinin məhz Bandırma ərazisi olduğunu vurğuladı. Qeyd etdi ki, Bakı-Tiflis-Qars dəmiryolu ilə Qarsa gələcək yüklər buradan Bandırmaya və dəniz vasitəsilə cəmi 3 günə Avropaya çatdırılacaq. Bundan başqa, balıq məhsulları, mərmər, quş əti məhsullarının istehsalında və realizə olunmasında Azərbaycanı tərəfdaş ölkə olaraq gördüklərini söylədi.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirdi. O, sənaye məhəllələri kontekstində Türkiyə təcrübəsinin Azərbaycan sahibkarları üçün maraqlı ola biləcəyini xüsusi qeyd etdi.

 

Sonda tərəflər arasında əməkdaşlığa dair saziş imzalandı və xatirə şəkli çəkildi.

 

 

Back To Top