skip to Main Content

“Azərbaycan Ticarət Evi”-nin açılış mərasimi keçiriləcəkdir

“Azərbaycan Ticarət Evi”-nin Açılış Mərasimi Keçiriləcəkdir

Bildiririk ki, 26 may 2017-ci il tarixində İqtisadiyyat naziri cənab Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Belarus Respublikasına işgüzar səfəri çərçivəsində “Azərbaycan Ticarət Evi”-nin açılış mərasimi keçiriləcəkdir. Ticarət evində Azərbaycan məhsullarının daimi fəaliyyət göstərən sərgisi təşkil olunacaqdır.

Sizi sözügedən səfərdə iştiraka dəvət edirik. İşgüzar səfərdə iştirak edəcəyiniz təqdirdə, vaxt məhdudluğunu nəzərə alaraq qısa müddət ərzində şirkətinizi təmsil edəcək şəxsin adı, soyadı və vəzifəsi haqda məlumat verməniz mütləqdir.

Qeyd edək ki,   səfər ödənişlidir: ekonom: 1200 AZN / biznes klass: 2000 AZN

 

Əlaqələndirici şəxs: Qüdrət Ovçuyev

Tel: (012) 598 01 47/48 (daxili 119)

E-mail: govchuyev@azpromo.az

 

Back To Top