Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin fəxri prezidenti seçildi
Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi ( MKПП) bu quruma daxil olan təşkilatlarla birlikdə mayın 19-da Yunanıstanda növbəti iclasını keçirib. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) bu beynəlxalq qurumla fəal şəkildə işlədiyini nəzərə alaraq, təbbirdə ASK-nı vitse-prezident Vüqar Zeynalov təmsil edirdi.
İclasda qəbul edilən qərara görə, bu il sentyabrın 20-23 tarixlərində Sank Peterburqda MKПП-nin növbəti assambleyasının çağırılması qərara alınıb.
Bundan başqa, Avropa və Avroasiyada fəaliyyət göstərən işgüzar birliklərin müasir şərtlər və vəziyyətlər altında birləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin “Böyük Avroasiya” məkanında sənaye, maliyyə, elmi-texniki əməkdaşlıq” mövzusunda iqtisadi forum keçirilməsi təklifi səsləndirilib.
İclsada həm də təşkilati məsələlərə baxılıb. Belə ki, V.K.Qluxix öz istəyi ilə MKПП-nin prezidenti vəzifəsindən azad olunub. İclasın qərarı ilə bu vəzifənin icrası müvəqqəti olaraq Çayka Artem Yuriyeviçə həvalə olunub. Eyni zamanda V.K.Qluxix xidmətlərinə görə MKПП-nin fəxri prezidenti seçilib.