Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi
Bildiririk ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı altında 30 iyun 2017-ci il tarixində, saat 11:00-da Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçiriləcəkdir.
Sizi sözügedən təqdimatda iştiraka dəvət edirik. Tədbirdə iştirak edəcəyiniz təqdirdə məlumat verməniz mütləqdir.
Əlaqələndirici şəxs: Zənurə Talıbova
Tel: (012) 521 34 96
E-mail: zanura.talibova@ereforms.az