skip to Main Content

Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatası Bakıda sərgi açmağı təklif etdi

Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatası Bakıda Sərgi Açmağı Təklif Etdi

İran İslam Respublikası Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının nümayəndə heyətinin Bakıya işgüzar səfəri çərçivəsində sahibkarlarla görüş keçirib.

Görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinə, xüsusilə də İranın Qərbi Azərbaycan əyaləti ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası baş katibinin müavini Fuad Hümbətov Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafından söhbət açıb. Son  vaxtlar  ölkələrimizin   əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu deyən F.Hümbətov hazırda sənaye, energetika, tranzit və s. sahələrdə uğurlu işbirliyi qurulduğunu qeyd edib. O, Urmiyalı sahibkarların Azərbaycanın imkanlarından yararlanmaqla 3-cü ölkələrə birgə çıxa bilmək imkanlarını xüsusi vurğuladı. Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyası haqqında qonaqlara məlumat verdi.

Azərbaycan əyalətinin ticarət Palatasının icraçı direktoru Əli Əkbəri bildirdi ki,  İran-Azərbaycan iqtisadi əməkdaşlğının genişləndirilməsində 350 üzvü olan Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatası da  maraqlıdır. Bu dəfəki səfərdə iştirak edən 30-dan çox iranlı iş adamının Azərbaycanda səfərə gəldiyini vurğulayan Ə.Əkbəri bildirdi ki, Azərbaycan bazarını araşdırmaq, birgə əməkdaşlıq imkanlarını tapmaq, dünya bazarına çıxmaq üçün İranın Azərbaycanın tranzit imkanlarından istifadə etmək arzusundadırlar.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun əməkdaşı, çıxış edərək iş adamları arasında əlaqələrin genişləndirilməsinin perspektivləri barədə danışıb.

Görüş zamanı bildirib ki, 2015-ci ildə Naxçıvanda İranın Qərbi Azərbaycan əyalətinin istehsal və ixrac sərgisi böyük marağa səbəb olub. Daha sonra bu tipli sərginin  Bakıda da  təşkil olunması təklif edildi. Bu fikir Konfederasiyanın məsul şəxsləri tərəfindən müsbət qarşılandı və hər iki tərəf bu istiqamətdə danışıqların  aparılması ilə bağlı razılığa gəldilər.

 

Back To Top