GÜCLÜ İQTİSADİYYATA DOĞRU GENİŞLƏNMƏ
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Beynəlxalq Biznes Mərkəzi və Muslim World Busness Malaysia Assosiasiyası İƏT-in qurumu olan Ticarətin İnkişafı üzrə İslam Mərkəzi ilə birgə əməkdaşlıqda 18-21 sentyabr 2017-ci il tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində “8-ci İslam dünyası BİZ 2017 – Biznes İnvestisiya Zonası” adlı mühüm ticarət tədbirini keçirəcəkdir. Tədbirin əsas tematikası “GÜCLÜ İQTİSADİYYATA DOĞRU GENİŞLƏNMƏ”dir. Tədbirin rəsmi açılışda Malayziyanın Baş nazirinin iştirakı gözlənilir.
500-dən çox sənaye təmsilçisinin iştirak edəcəyi, eləcə də 10,000-dən çox ziyarətçinin qatılacağı gözlənilən Sərgi Zonası İƏT ölkələrindən olan sahibkarlar, korporativ və investor şirkətlər üçün ticarət imkanlarının araşdırılması baxımından ideal bir platformadır. Tədbir barədə ətraflı məlumatı www.muslimworldbiz.com saytından əldə etmək olar.
Sərginin əhəmiyyətini nəzərə alaraq, üzv təşkilatlardan bu məlumatı öz şəbəkələrində üzvləri arasında, eləcə də internet səhifələri və çap materiallarında yaymaları xahiş olunur. Əlavə məlumat üçün əlaqə vasitələri aşağıdakılardır:
İƏT Beynəlxalq Biznes Mərkəzi
E-mail: pragash@oictoday.biz
Veb səhifə:www.oictoday.biz