skip to Main Content

Pambıqçılığın inkişafı diqqət mərkəzindədir

Pambıqçılığın Inkişafı Diqqət Mərkəzindədir

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının və “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü, Bərdə rayon İcra hakimiyyətinin dəstəyi ilə Bərdə şəhərində pambıqçılığın inkişafı məsələlərinə dair regional müşavirə keçirilmişdir.

Tədbirdə “Azərpambıq” MMC-nin məsul işçiləri, Bərdə Rayonu İcra hakimiyyətinin, habelə digər pambıqçılıq rayonlarının nümayəndələri, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak  ediblər.

Bərdə rayon İcra hakimiyyəti başçısının müavini İlham Məmmədov,“Aqrarkredit” QSC-nin İdarə Heyətinin  sədri Məmməd Musayev, “Azərpambıq” MMC-nin Direktorlar Şurasının sədri Zakir Əzimov və digər əlaqədar şəxslər çıxış edərək pambıqçılığın inkişafı sahəsində  görülən tədbirlər haqqında məlumat verərək 2017-ci ildə pambıq yığımına hazırlıq işlərinin vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

Müşavirədə qeyd olundu ki, Azərbaycanda  pambıqçılığın  inkişafı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir və ölkə Prezidentinin tapşırığına əsasən  bu sahənin inkişafına daha ciddi yanaşılmalıdır.

Çünki pambıq tarlalarında xeyli insan işlə təmin edilir, onların sosial vəziyyəti yaxşılaşdırılır, eyni zamanda pambıqçılıq ölkəyə valyuta gətirən sahədir.

“Aqrarkredit” QSC İdarə Heyətinin sədri Məmməd Musayev müşavirəyə yekun vuraraq,  2017-ci ildə pambıq yığımının müvəffəqiyyətlə başa vurulmasını təmin edəcək təxirəsalınmaz işlərin təcili görülməsi və müşavirədə qaldırılan məsələlərin tezliklə həyata keçirilməsi barədə ətraflı danışdı.

 

Back To Top