Assosiasiyası arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanmışdır
Bu ilin dekabr ayının 15-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) ilə Estoniya Respublikası Kiçik və Orta Müəssisələr Assosiasiyası (EVEA) arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanmışdır. Qeyd olunan qurum Estoniyanın ən nüfuzlu biznesə dəstək təşkilatı kimi hələ sovet dövründə 1988-ci ildə yaradılmışdır, hazırda Estoniyadakı əsas kiçik və orta müəssisələri birləşdirən ən iri qurumdur. Hazırda bu assosiasiyanın müxtəlif sektorlar üzrə mindən artıq birbaşa və regional assosiasiyalar vasitəsilə üzvləri vardır və qurum hökumətlə sosial dialoq və digər formatlarda sıx əməkdaşlıq edir. Bundan əlavə, EVEA hazırda Avropa Birliyinin iki ən iri biznes konfederasiyası olan UEAPME (Avropa Sənətkarlıq, Kiçik və Orta Müəssisələr Assosiasiyası)və CEA-PME (Avropa KOS Konfederasiyası) üzvüdür. Hər iki qurumun baş ofisi Brüssel şəhərində yerləşməklə, Avropa Komissiyası tərəfindən həyata keçirilən müxtəlif biznesə dəstək layihələrinin reallaşdırılması istiqamətində geniş fəaliyyət göstərir. ASK və EVEA gələcəkdə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Avropa Birliyi və digər qurumlar tərəfindən maliyyələşdirilən layihələrin icrasında əməkdaşlıq etməyi planlaşdırır.