ASK-nın Prezidenti Məmməd Musayev yenidən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin şura sədrinin müavini seçilib
Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası uzun müddətdir Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi ilə əməkdaşlıq edir. Danılmaz faktdır ki, son illər Konfederasiyanın beynəlxalq əlaqələri xeyli genişlənib.
Konfederasiyanın əməkdaşları ötən müddət ərzində bir sıra beynəlxalq təşkilatların, o cümlədən “Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi”-nin bütün Şura , Rəyasət Heyəti iclaslarında, “Rusiya Sənayeçilər və Sahibkarlar”-ın Qurultaylarında, habelə onların təşkil etdikləri Beynəlxalq konfranslarda fəal iştirak ediblər.
2016-cı ilin 19 dekabrında Moskvada Rusiya Sənayeçi və Sahibkarlar İttifaqının 25 illik yubileyi keçirilmiş, Beynəlxalq Sahibkarlığın inkişafında fəal iştiraka və verdiyi töhfələrə görə Konqresin Şura iclasında ASK-nın Prezidenti Məmməd Musayev yenidən Şura sədrinin müavini seçilmişdir.
Qeyd etmək lazımdır ki, ASK-nın təklifi ilə Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin 2011-ci ildəki illik Şura iclası Bakıda keçirilmişdir. ASK-nın ev sahibliyi ilə böyük müvəffəqiyyətlə keçirilən tədbirdə 25 ölkədən 100-dən yuxarı yüksək səviyyəli iş adamları və hakimiyyət orqanlarının nümayəndələri iştirak etmişlər.