skip to Main Content

“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda konfrans keçirilib

“Regionların Inkişafında Sahibkarlığın Rolu” Mövzusunda Konfrans Keçirilib

Bakı Biznes  Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda Konfrans keçirilib. Tədbirdə 200-dən çox sahibkar iştirak edib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının potensialının daha da yüksəlməsinə şərait yaradıb, Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Ölkədə sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirmiş, iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yaratmışdır. Bütün bunların nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmışdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər bölgələrdə iqtisadi potensialın artmasında, infrastruktur təminatının, biznes mühitinin yaxşılaşmasında və əhalinin rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, regionların iqtisadi potensialından istifadənin səmərəliliyinin artırılmasında, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, məşğulluğun təmin edilməsində sahibkarlığın rolu böyükdür və özəl bölmənin iqtisadi inkişafda önəmi artır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  qeyd edib ki, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı iqtisadi siyasətin prioritet istiqaməti kimi müəyyən olunub. Vurğulayıb ki, dövlət başçısının həyata keçiridiyi sosial-iqtisadi siyasətə uyğun olaraq, sahibkarlıq mühitinin davamlı olaraq yaxşılaşdırılması, regionlarda infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın maliyyə təminatının artırılması, dövlət-özəl sektor münasibətlərinin inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında regionların xüsusi çəkisi artmaqda davam edir.

AHİK-in sədri, millət vəkili  Səttar Möhbalıyev  çıxışında dövlət başçısının sahibkarlığın inkişafına böyük önəm verdiyini, ölkənin sosial-iqtisadi inkişafında sahibkarlığın rolunu vurğulayıb. Yeni iş yerlərinin yaradılmasında, işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılmasında özəl bölmənin fəaliyyəti xüsusi qeyd edilıməlidir. Bu baxımdan işçilərin sosial-iqtisadi  hüquqlarının müdafiəsində həmkarlar təşkilatları ilə yanaşı, sahibkarlar da maraqli olmalıdır. Səttar Möhbalıyev qeyd edib ki,  AHİK-lə Azərbaycan  Sahibkarlar Konfederasiyası uğurlu sosial tərəfdaşlıq həyata keçirir. Qarşıdakı dövrdə də əsas vəzifəmiz sosial tərəfdaşlar arasında iş birliyini qoruyub saxlamaq, əməkdaşlığı genişləndirmək, regionların iqtisadi inkişafına tövfə verməkdir.

Sonra  Auditorlar  Palatasının sədri Vahid Novruzov, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, ASK-nın Rəyasət heyətinin üzvü Abdolbari Goozal, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, ATİB-in İdarə Heyətinin sədri Camal Yanğın, AMCHAM-ın icraçı direktoru Natəvan Məmmədova, Tikinti Materialları İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri, ASK-nın Rəyasət Heyətinin üzvü Elxan Bəşirov, Mebel İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Məşhur Məmmədov,  “CTS- Aqro” MMC-nin direktoru, ASK-nın vitse-prezidenti  Zakir Əzimov çıxış edərək ölkədə Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan geniş bəhs ediblər.

Tədbirin sonunda “Regionların inkişafında sahibkarlığın rolu” Konfransının Bəyanatı oxunub.

Bəyanatda vurğulanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və onların inzibati yükünün azaldılması istiqamətində məqsədyönlü işlər görülür. Bu siyasətin davamı olaraq, hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi barədə  Sərəncam da sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının əyani göstəricisi olmaqla, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermişdir.

“Biz – “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən Konfransın iştirakçıları, cəmiyyətin fəal hissəsini təşkil edən çoxminli sahibkarlar adından ölkə başçısının rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsini, Prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq, 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini dəstəklədiyimizi bəyan edirik”

Back To Top