skip to Main Content

DEİK Azərbaycan Sahibkarlar Konfederasiyası ilə daha yaxından əməkdaşlıq edəcək

DEİK Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə Daha Yaxından əməkdaşlıq Edəcək

Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) üzvləri Azərbaycanda işgüzar səfərdədir. Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində qonaqlar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüblər. Görüşdə DEİK Türkiyə-Azərbaycan İşgüzar Şurasınının yeni tərkibi təqdim olunub və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə DEİK-in bugünədək birgə təşkil etdiyi tədbirlərin önəmindən söhbət açılıb.

DEİK Türkiyə-Azərbaycan İşgüzar Şurasınının  rəhbəri Selcuk Akat bildirib ki, səfərin əsas məqsədi təşkilatın  yeni tərkibi ilə Azərbaycan işgüzar dairələrinin tanış etməkdir. Selçuk Akat cari il ərzində Bakı ilə yanaşı Azərbaycanın regionlarında da kənd təsərrüfatının əsas prioritet sahələri üzrə  tədbir təşkil etmək istədiklərini bildirib. Bundan başqa, Azərbaycanda investisiya imkanları ilə bağlı tədbirin təşkilinin də hər iki tərəf üçün faydalı olacağını da istisna etməyib.

Məmməd Musayev bildirib ki, DEİK və ASK arasında  faydalı əməkdaşlıq nümunələri  var. Ötən dövr ərzində hər iki təşkilat arasında birgə keçirilən tədbirlərin artıq müsbət nəticələri müşahidə edilir. Gələcəkdə də hər iki ölkənin özəl sektorunun inkişafı istiqamətində Azərbaycan Sahibkarlar Konfederasiyası DEİK-lə birgə səy göstərməyə hazırdır.

Görüşün sonunda qonaqları maraqlandıran suallara cavab verilib.

Back To Top