skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqı ilə əməkdaşlıq edəcək

Azərbaycan Sahibkarlar Konfederasiyası Rusiyanın Sənayeçilər Və Sahibkarlar İttifaqı Ilə əməkdaşlıq Edəcək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədə “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakıda keçirilən tədbir çərçivəsində imza atılıb. Memorandumu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin imzalayıblar.

Memorandumun məqsədi iki ölkə arasında gələcək əməkdaşlıq perspektivlərinin genişləndirilməsidir.

Back To Top