skip to Main Content

Qida Təhlükəsizliyi Agentliyi sertifikatlaşdırma və qeydiyyatı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində aparır

Qida Təhlükəsizliyi Agentliyi Sertifikatlaşdırma Və Qeydiyyatı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Aparır

Hörmətli sahibkarlar!
İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi sertifikatlaşdırma və qeydiyyatı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində aparır. Sizin “Bir Pəncərə”nizdə bunlar mümkündür:
1. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi
2. Reyestrdən çıxarış itirildikdə yaxud zədələndikdə dublikatın verilməsi
3. Qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi
4. Təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi
5. İxrac edilən heyvan, heyvan mənşəli məhsullar, xammal, yem və yem əlavələrinə beynəlxalq baytarlıq sertifikatının verilməsi
6. Qida təhlükəsizliyi sertifikatının verilməsi
7. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi
Bakı şəhəri Landau küçəsi 16 ünvanında (Cavid Parkının yaxınlığında) Sizin “Bir Pəncərə”niz olmaqdan məmnun olardıq.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi sahibkar məmnuniyyəti, şəffaflıq, rahatlıq və operativlik prinsiplərinə uyğun işləyir.

Back To Top