Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Bildungswerk der Wirtschaft Mecklenburg-Vorpommern e.V. Institutu ilə birgə “Peşə təhsili sahəsində əməkdaşlıq” adlı layihə həyata keçirir.
Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ), Almaniya İqtisadi İnkişaf Fondu (SEQUA GmbH) və Bildungswerk der Wirtschaft Mecklenburg-Vorpommern e.V. tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi Azərbaycan Respublikasında gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır.
2015-2018-ci illərdə icra olunan layihənin birinci mərhələsinin yekunlarına dair 16 oktyabr 2018-ci ildə Bakıda “Dubai International” otelində “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda hesabat konfransı keçiriləcək. Konfransda layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat veriləcək və xarici ekspertlərin iştirakı ilə bu sahədə qabaqcıl beynəlxalq təcrübə əsas götürülərək peşə təhsili sisteminin inkişafı yolları müzakirə olunacaq.
Konfransın ilkin gündəliyi ilə buradan tanış ola bilərsiniz.