Bakıda ikinci beynəlxalq çay festifalı keçirilib
Bu gün Beynəlxalq Kulinariya Günü münasibəti ilə Bakıda “Sheraton Baku Airport Hotel”də ikinci beynəlxalq çay festifalı keçirilib. Festivalda Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkiyə və Rusiya şirkətlərinin çay məhsulları sərgilənib. Festivalda Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub. Tədbirdə iştirak edən qonaqlara Azərbaycan istehsalı olan zəfəranlı çay təqdim olunub. ASK-nın Dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsinin baş mütəxəssisi Fərhad Osmanov tədbirdə çıxış edərək Azərbaycan Milli Kulinariya Assosiasiyasın gələcək işlərində uğurlar arzu edib. Tədbirdə hmçinin ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər iştirak ediblər.