skip to Main Content

“Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı sizləri əməkdaşlığa dəvət edir

“Peşə Təhsili Və Insan Kapitalı” Elmi-praktiki, Metodiki Jurnalı Sizləri əməkdaşlığa Dəvət Edir

Hörmətli  sahibkarlar,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunan ölkəmizin peşə təhsili sistemi son illər yeni inkişaf mərhələsinə qədəm qoymuş və möhtərəm prezidentimiz tərəfindən “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu  və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” kimi mühüm sənədlərin  təsdiq edilməsi ilə özünün uğurlu inkişafına imza atmışdır. Görülən işlərin bariz nümunəsi kimi peşə təhsili sistemində informasiya təminatını gücləndirmək, bu sahənin tədris-metodiki təminatını yaxşılaşdırmaq, təhsil müəssisələrini elmi-nəzəri materiallarla təmin etmək və sahibkar-təhsil müəssisəsi əməkdaşlığını genişləndrmək məqsədi ilə 2018-ci ildən “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı nəfis tərtibat və yeni məzmunda nəşrə başlamışdır. Artıq jurnalın ilk  4 nömrəsi çap olunub.

Bu nömrələrdə Azərbaycan alimləri ilə yanaşı, xarici ölkə alimlərinin də məqalələri çap edilmişdir. Çap edilən məqalələr əsasən jurnalın profilinə uyğun olaraq peşə təhsilinin elmi-nəzəri əsaslarına,  ölkəmizdə həyata keçirilən peşə təhsili sisteminin yeni məzmunu, sahibkarlarla əməkdaşlıq, bu sahədəki beynəlxalq tendensiyalar və perspektiv imkanların araşdırılmasına həsr olunmuşdur.

Son illər peşə təhsili müəssisələri ilə respublikamızda fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında sıx əməkdaşlıq mövcuddur.  Birgə layihələr həyata keçirilir. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldıqdan sonra bu əlaqələr daha da intensiv xarakter daşıyır. Eyni zamanda, bu gün peşə təhsili müəssisələrinin sahibkarlarla (işəgötürənlərlə) əməkdaşlığının gücləndirilməsinə çox böyük ehtiyac vardır.

Bu əlaqələri öz səhifələrində işıqlandıran və peşə təhsili sahəsində yeganə mətbu orqan olan  “Peşə təhsili və insan kapitalı” jurnalı bu gün abunə  problemi yaşayır.  Belə ki, jurnal yeni nəşr olunduğuna görə hələlik geniş oxucu auditoriyasına nail ola bilməyib. Həm də jurnalın nəfis tərtibatla və  rəngli çap edilməsi onun peşə jurnalı kimi fəaliyyətində müsbət dinamika kimi qiymətləndirilir. Jurnalın bu keyfiyyətlərindən səmərəli istifadə etməklə sahibkarlıq fəaliyyətini geniş işıqlandırmaq və onların hazırladıqları məhsulların reklamını da jurnal vasitəsi ilə həyata keçirmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, jurnal rübdə 1 dəfə (ildə 4 dəfə), A4 formatda 104 səhifə, rəngli (illüstrasiyalı) çap edilir. Jurnalın bir ədədinin  qiyməti 7.20 AZN, illik qiyməti isə 28.80 AZN təşkil edir.

Abunə yazılışı aşağıdakı kimi həyata keçirilir:

  1. Müxtəlif mətbuat yayımları (“Azərmətbuatyayımı” ASC, “Qasid” ASC, “CITY PRESS” MMC) vasitəsilə.
  2. Birbaşa hesaba pulköçürmə yolu ilə. Bu halda jurnalın abunəçilərə çatdırılması redaksiyanın öhdəsinə düşür.

Əlaqə 012 566 09 87,   012 566 09 67

Mob:     055  366 45  54 (baş redaktor)

050  375  40  57 (müavin)

050 290 08 06 (baş mühasib)

e-mail: peshetehsili.jurnali@vet.edu.gov.az

Back To Top