skip to Main Content

Sumqayıtda “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri” mövzusunda seminar keçirilib

Sumqayıtda “Daşınar əmlakın Yüklülüyünün Dövlət Reyestri” Mövzusunda Seminar Keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə 28 fevral 2019-cu il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri” mövzusunda seminar keçirilib. Tədbirdə sahibkarlıq subyektlərinin, bankların nümayəndələri və müştəriləri və təlimçilərdən ibarət 65 nəfər iştirak edib.

Seminarı giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəhimdil Əhmədov açaraq seminarın işinə uğurlar arzulayıb.

Daha sonra ASK adından Qartal Tikinti Firmasının Direktoru Şahin Məmmədov dəvəti qəbul edib gələnlərə təşəkkürünü bildirib. Sahibkarların qarşılaşdığı problemlərdən qısa danışaraq təlimin formatı üçün tövsiyələrini verib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin Direktoru Anar Həsənov təlimçiləri təqdim edərək, tədbirin qısa proqramı haqqında məlumat verib.

Tədbirdə həmçinin ASK-nın Sahibkarlarla iş və kommunikasiya şöbəsinin Baş mütəxəssisi Fərhad Osmanov Konfederasiyanın Sumqayıt filialı ilə bağlı planlarından danışdı.

Proqrama uyğun təlimçilər prezentasiyalarını təqdim edərək çıxışlarını etdilər.

Back To Top