ASK ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı anım tədbiri keçirib
Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı anım tədbiri keçirdi.
Tədbirdə çıxış edən baş katibin müavini Fuad Hümbətov ümummilli liderin Azərbaycan dövləti üçün gördüyü işləri xatırlatdı, ölkə iqtisadiyyatının inkişafı və müstəqilliyimizin qorunması üçün yürütdüyü strateji xətt ilə bağlı məlumat verdi. 1995-ci ildə “Əsrin müqaviləsi”nin bağlanmasının ölkə iqtisadiyyatının inkişafı üçün böyük imkanlar açdığını, dünya enerji sabitliyində Azərbaycanın mühüm halqaya çevrildiyini vurğuladı. Baş katib əvəzi Kristina Məmmədova Heydər Əliyev şəxsiyyətinin ucalığına toxundu və qeyd etdi ki, hazırda bu siyasət uğurla davam etdirilir.