skip to Main Content

ASK-nın Baş katibinin müavini F. Hümbətov Yüksək Səviyyəli Konfransda iştirak edib

ASK-nın Baş Katibinin Müavini F. Hümbətov Yüksək Səviyyəli Konfransda Iştirak Edib

Bu ilin may ayının 14-də Brussel şəhərində Avropa Komissiyası binasında Şərq Tərəfdaşlığının başlanılmasının 10 illik Yubileyinə həsr edilmiş Yüksək Səviyyəli Konfransda ASK-nı baş katibin müavini Fuad Hümbətov təmsil edib.

Tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistandan dövlət, özəl sektor, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransda bu formatın yaranma şəraiti, İsveç və Polşanın təşəbbüsü ilə bu istiqamətdə aparılmış tarixi fəaliyyət, formatın indiki özəllikləri, bölgənin siyasi, iqtisadi, ictimai həyatında rolu barədə Avropa Komissiyasının Prezidenti Jean-Claude Junker, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Danışıqlar Komissarı, Ukrayna prezidenti Petro Poroşenko, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov, Polşa Xarici İşlər naziri Jacek Czaputowich, İsveç Xarici İşlər naziri Margot Wallstrom, Gürcüstanım Baş naziri Mamuka Baxtadze və digərləri çıxış ediblər.

Çıxışlar zamanı hər bir ölkənin timsalında sonrakı mərhələdə peşə təhsili, iqtisadiyyatın rəqəmsallaşması, KOS-un inkişafı və s. istiqamətdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Back To Top