skip to Main Content

Rusiyanın Milli Taxıl Mərkəzi ilə ASK arasında Anlaşma Memorandumu imzalandı

Rusiyanın Milli Taxıl Mərkəzi Ilə ASK Arasında Anlaşma Memorandumu Imzalandı

Rusiya Federasiyası Dövlət Elmi Büdcə Təşkilatı “P.P.Lukyanenko adına Milli Taxıl Mərkəzi”nin direktoru, akademik Aleksandr Romanenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində 14 may 2019-cu il tarixində Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirildi.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və müvafiq sahə üzrə fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri iştirak etdilər.

Rusiya nümayəndə heyətinin üzvləri görüş zamanı bildirdilər ki, yeni sortlar daha bol məhsul verir və hətta “Alekseyavka” sortu üzrə rekord məhsuldarlıq əldə olunub: hər hektardan 130 sentner. Azərbaycanda fermerlərə Rusiya taxılı adı ilə keyfiyyəti aşağı olan sortlar satılır və buna görə də seleksiyaçılar bu sahədə çalışan qurumlar və iş adamları ilə görüşmək qərarına gəliblər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Aqrar İnkişaf Komissiyası”nın üzvləri ilə fikir mübadiləsi aparan Aleksandr Romanenko Azərbaycandakı bir neçə taxıl sahəsinə baxış keçirdiyini və nəticələrdən razı qaldığını bildirdi: “Bu qədər yolu qət edib gəldiyimə dəyər”.

Taxılçılıqla məşğul olan azərbaycanlı sahibkarlar bu sahədə çətinlikləri haqqında məlumat verdilər. Xüsusən də yeni sortların coğrafi şəraitə uyğunlaşması ilə bağlı müzakirələr aparıldı.

Görüş çərçivəsində Rusiya Federasiyası Dövlət Elmi Büdcə Təşkilatı“P.P.Lukyanenko adına Milli Taxıl Mərkəzi”ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu imzalandı.

Back To Top