skip to Main Content

ASK-da “Ticarət Komissiyası”nın tərkibi yenidən formalaşdırıldı

ASK-da “Ticarət Komissiyası”nın Tərkibi Yenidən Formalaşdırıldı

Mayın 23-də Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Ticarət Komissiyası” nın təşkilatı strukturunun yenidən təsdiqlənməsi və sektordakı mövcud vəziyyətlə bağlı iclas keçirilib.

İclası açan Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, Ticarət Komissiyası ASK-dakı 14 komissiyadan biridir və onun strukturu yenidən formalaşdırılır.

Keçirilən səsvermə əsasında Vüqar Abbasov komissiyanın sədri, Anar Bayramov və İlqar Nuri isə müavin seçiliblər.

Təşkilatı məsələlərin həllindən sonra idxal və ixracla məşğul olan şirkətlər üzləşdikləri çətinliklər və problemlərdən danışıblar.

Sahibkarların qaldırdıqları problemlər arasında gömrükdə invoys qiymətlərinin qəbul edilməməsi, böyük şirkətlərin şəffaflaşdığı bir vaxtda pərakəndə ticarətlə məşğul olan kiçik şirkətlərin qanundan kənarda qalması qeyd edilib. Komissiya üzvləri gömrük və vergi əməkdaşlarının peşəkarlıq səviyyəsinin qaldırılmasının mühüm olduğunu vurğulayaraq,  malın qiymətinin yoxlanılması üçün günlərlə gömrükdə ləngiməsinin düzgün olmadığını deyiblər.

“Mallar buraxılsın, əgər sahibkar invoys qiymətində saxtakarlığa yol veribsə, bu zaman cərimə tətbiq edilsin”, deyə təklif eirəli sürülüb.

Eyni zamanda qeyd edilib ki, malların buraxılmaması ilə bağlı şifahi cavablar sahibkarları qane etmir, bunun əvəzinə gömrük əməkdaşları əsaslandırılmış səbəblər açıqlamalıdırlar.

Sahibkarlar satılmayan məhsulların əvəzləşdirilməsi, geri qaytarılması, idxal edilən malların qiymətinin dəyişməsinin gömrükdə nəzərə alınması mexanizmlərinin olmadığından şikayətləniblər.

İclasda ölkəyə avadanlıqların gətirilməsi üçün verilən sifarişlərlə bağlı 270 gün limitinin qoyulmasının da sahibkara çətinliklər yaratdığı, məhkəməyə verilən sahibkarların sayının  çox olduğu qeyd edilib. Elektron ticarət sahəsində probemlər isə daha çoxdur və bununla bağlı çıxış yolları barədə şirkətlərdən təkliflər toplanılıb.

İclasıda qeyd edilən bütün məsələlər protokolaşdırılıb və 27 May, 2019-cu ildə Gömrük Komitəsində keçiriləcək iclasın gündəliyi dəqiqləşdirilib.

Back To Top