skip to Main Content

Orhangazi Ticarət və Sənaye Palatası ilə ASK arasında əməkdaşlıq sazişi imzalandı

Orhangazi Ticarət Və Sənaye Palatası Ilə ASK Arasında əməkdaşlıq Sazişi Imzalandı

Bu il mayın 24-də Orhangazi Ticarət və Sənaye Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq sazişi imzalandı.

Sazişin əsas məqsədi, hər iki ölkənin biznes dairələrindən olan sahibkarlar üçün ticarət missiyalarının təşkili və qarşılıqlı səfərlərin mübadiləsinin təmin edilməsidən, eləcə də, Azərbaycanda və ya Türkiyədə keçiriləcək beynəlxalq sərgi, yarmarkalarda və digər tədbirlərdə müvafiq müəssisə və təşkilatların iştirakının asanlaşdırılmasından və nəticə etibarı ilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasından ibarətdir.

Qeyd edək ki, cari il aprelin 19-da Türkiyə Respublikasının Bursa şəhərində yerləşən Orhangazi Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ölkəmizə səfər etmişdi. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) qonağı olmuş və yerli iş adamları ilə görüşmüşdü.

Görüş çərçivəsində Orhangazi Ticarət və Sənaye Palatası ilə ASK arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı biznes səfərlərin təşkili imkanları müzakirə olunmuşdu. Görüşdə qeyd olunanların məntiqi nəticəsi kimi, Orhangazi Ticarət və Sənaye Palatası ilə ASK arasında əməkdaşlıq sazişi imzalandı.

Back To Top