Permdə fəaliyyət göstərən iş adamlarının Azərbaycana növbəti ticarət missiyası təşkil olundu
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilati dəstəyi ilə mayın 26-da Rusiya Federasiyasının Perm Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə bir qrup rusiyalı iş adamı ölkəmizə səfər edib. Onlar mayın 27-də ASK-nın qonağı olublar.
Nümayəndə heyətinin tərkibinə “Компания Полимер”, “Пермнефтестройсервис”, “Уральский центр технического обучения”, “ТОРГМАШ” zavodunun, “Лысьвенский завод эмалированной посуды”, “НПО “Эталон”, “Секам” və “Евразия” ticarət evinin nümayəndələri daxildir. Adıçəkilən qurumlar Rusiya Federasiyasında sənaye, kənd təsərrüfatı və xidmət sahələri üzrə fəaliyyət göstərən tanınmış şirkətlərdir.
ASK ofisində keçirilmiş görüş çərçivəsində ASK Baş katibinin müavini Fuad Hümbətov qonaqlara Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli iqtisadi əlaqələrin yüksələn dinamikası barədə geniş məlumat verib. Daha sonra rusiyalı iş adamlarının bir sıra yerli şirkətlərlə (“El-plast”, “METAK”, “Polikarbonat.az”, “PRO-KİT”, “BİNOX”, “Xonça Kitchen”, “Azərbaycan Meyvə–Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”) ikitərəfli görüşləri keçirilib.
Qeyd edək ki, mayın 27-də ASK tərəfindən qonaqların Sumqayıt Texnologiyalar Parkına səfəri təşkil olunmuş və orada fəaliyyət göstərən müəssisələr haqqında Perm sahibkarlarına ətraflı məlumat verilib. Rusiyalı sahibkarların Azərbaycana səfəri mayın 31-də yekunlaşacaq.