skip to Main Content

Sahibkarlara “Sənaye mülkiyyəti obyektlərindən istifadənin hüquqi tənzimlənməsi” mövzusunda təlim keçirilib

Sahibkarlara “Sənaye Mülkiyyəti Obyektlərindən Istifadənin Hüquqi Tənzimlənməsi” Mövzusunda Təlim Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə 10-11 iyun tarixlərində sahibkarlar üçün “Sənaye mülkiyyəti obyektlərindən istifadənin hüquqi tənzimlənməsi” mövzusunda təlim kursları keçirilib. Ödənişsiz təlim kurslarında özəl sektoru təmsil edən 50 nəfərədək dinləyici iştirak edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü cənab Sənan Tapdıqov Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru cənab Xudayət Həsənli kurs iştirakçılarını salamlamış və bu tədbirin sahibkarlar üçün faydalı olacağını vurğulayaraq, iştirakçılara uğurlar arzulamışlar. Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətov əmtəə nişanlarının qanunvericilikdə nəzərdə tutulmuş formada tətbiqinin sahibkarlığın inkişafında müsbət rol oynayacağını vurğulayaraq, xüsusən regionlar üçün bu məsələnin aktual olduğunu bildirdi.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdir müavini – sektor müdiri Faiq Əlizadə “Əqli Mülkiyyət hüquqlarının təminatında məhkəmə praktikası”, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktorunun müşaviri Zahir Hacıyev “Sənaye mülkiyyəti obyektlərinin mühafizəsinin hüquqi təminatı” Mərkəzin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsi, Əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sektorunun müdiri Gülcahan Əlimərdanova “Milli qanunvericiliyə uyğun olaraq əmtəə nişanlarının qeydiyyatı üçün təqdim edilmiş iddia sənədlərinin ekspertizası, qeydiyyat haqqında qərarın qəbulu, iddia sənədi barədə məlumatların dərci və qeydiyyatın qüvvədə olma müddəti” Mərkəzin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsi, Beynəlxalq əmtəə nişanlarının ekspertizası sektorunun müdiri Anar Hüseynov – “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı” (Madrid sazişi), Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsi, Sənaye nümunələrinin ekspertizası sektorunun müdiri Nigar Fəttahova “Sənaye nümunələrinin hüquqi mühafizəsi”, Sənaye nümunələrinin beynəlxalq təsnifatı (Lokarno sazişi), Mərkəzin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsi, Əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sektorunun baş məsləhətçi-eksperti Lamiyə Haqverdiyeva – “Coğrafi göstəricilərin hüquqi mühafizəsi: milli və beynəlxalq qanunvericiliyin tətbiqi istiqamətləri” mövzularında məruzələr edib. Seminar iştirakçıların aktiv iştirakı ilə verilən sualların cavablandırılması və konkret maddələr üzrə açıqlamaların verilməsi nəticəsində sahibkarlar bu sahədə faydalı məlumatlar əldə ediblər.

Back To Top