skip to Main Content

“Global Project Development” investisiya şirkəti Azərbaycan Sahibkarlar Konfederasiyasına əməkdaşlıq təklif etdi

“Global Project Development” Investisiya şirkəti Azərbaycan Sahibkarlar Konfederasiyasına əməkdaşlıq Təklif Etdi

İyunun 19-da Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Səudiyyə Ərəbistanının “Global Project Development” şirkətinin direktorları və həmtəsisçiləri Badear Bhaişan Al-Mutairi, Abdul Mohesen Al Şoaibi ilə görüş keçirildi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov qonaqları salamlayaraq, Konfederasiya haqqında onlara məlumat verdi. V.Zeynalov  ASK-nın Azərbaycanda sahibkarların birləşdiyi böyük şəbəkə olduğunu vurğulayaraq, həm də geniş təmsilçilik əhatəsinə toxundu.

V.Zeynalov bildirdi ki, hazırda Konfederasiyanın Azərbaycanın rayonlarında 32, xarici ölkələrdə isə 18 nümayəndəsi fəaliyyət göstərir.

Badear Bhaişan Al-Mutairi təmsil etdiyi holdinqin Azərbaycana investisiya yatırmaq istədiyini vurğuladı  və bunun üçün potensial imkanların olduğunu diqqətə çatdırdı.

“Bizim böyük bir investor blokumuz var və ölkənizin investisiya mühiti barədə məlumat almaq istərdik”, -deyən qonaq Azərbaycan şirkətlərinin Səudiyyə Ərəbistanında tanıtımına da dəstək verməyə hazır olduqlarını qeyd etdi.

Badear Bhaişan Al-Mutairi enerji, daşınmaz əmlak və kənd təsərrüfatı sektoruna  sərmayə qoymaq planlarını açıqladı. Onun sözlərinə görə, investorluq üzrə bu sahələrdə çalışan şirkətlərə açıqdırlar və sərmayə qoyuluşunda tam və bir neçə müştərək şəxslərlə birlikdə də təmsil olunmağa hazırdırlar.

Abdul Mohesen Al Şoaibi investisiya üçün şirkətlərin tapılmasında ASK-nın köməyinə ehtiyac olduğunu söylədi. ASK-nın nümayəndələri bu təklifi razılıqla qarşılayaraq, birgə əməkdaşlıq fəaliyyətini rəsmiləşdirməyi təklif etdilər.

Back To Top