skip to Main Content

“Global Project Development” investisiya şirkəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalandı

“Global Project Development” Investisiya şirkəti Ilə Azərbaycan Sahibkarlar Konfederasiyası Arasında  əməkdaşlıq Memorandumu Imzalandı

İyunun 21-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “ASK Business Consulting” (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının “Global Projects Development Holding Co” şirkəti arasında əməkdaşlıq memorandumu imzalandı.

Memorandum “Global Projects Development Holding Co ” və ABK arasında ortaq inkişaf hədəflərinin həyata keçirilməsinə yönəldilmiş, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır.

Bu məqsədlə, “Global Projects Development Holding Co” ABK-nı məsləhətçi kimi tanıyır.

Memorandumda Azərbaycan şirkətlərinin xarici maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində dəstəyin göstərilməsi, yerli sahibkarlar və şirkətlər tərəfindən təklif olunan investisiya layihələr (biznes-planlar) məlumat bazasının yaradılması və ilkin təhlili, investisiya layihələrin baxılması, seçilməsi  prosesində birbaşa iştirak və s. nəzərdə tutulur.

Sənədi “Global Projects Development Holding Co” şirkətinin direktoru Badear Bhaişan Al-Mutairi və “ASK Business Consulting” şirkətinin direktoru Fərqanə Həsənova imzaladı.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov hər iki tərəfə uğurlar arzulayaraq, yeni investisiyaların cəlbində Azərbaycan şirkətlərinin seçilməsi prosesinə start veriləcəyini vurğuladı.

Badear Bhaişan Al-Mutairi qeyd etdi ki, ASK-nı bir komanda kimi görür və eyni qrupda işləməyə hazırdırlar. O, Azərbaycandakı şirkətlərə investisiya yatırmaq planları ilə bərabər Azərbaycan şirkətlərinin məhsullarını Körfəz ölkələrinə çıxarılmasına dəstək verməyə hazır olduqlarını bildirdi.

“ASK üzvləri arasında rəqabətədavamlı məhsul istehsalçıları çoxdur və onlar xaricə, xüsusən də Körfəz ölkələrinə çıxmaqda maraqlıdırlar”, deyə V. Zeynalov söylədi.

Badear Bhaişan Al-Mutairi Bakıda olduğu bir həftə ərzində turizm potensialının onun diqqətini cəlb etdiyini qeyd edərək, bu sahədə bazarın vəziyyəti barədə hesabat toplamağı xahiş etdi. Bundan başqa, Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini də açıqladı.

Back To Top