skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin Iclası Keçirildi

İyunun 25-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirildi.

İclas Konfederasiyanın birinci yarım ilində görülmüş işlərə həsr olundu. Təqdimatla çıxış edən Baş katib əvəzi Kristina Məmmədova keçirilən tədbirlər, Konfederasiyada aparılan struktur islahatları və kadr dəyişikliyi ilə bağlı məlumat verdi.

Baş katibin müavini Fuad Hümbətov ASK-nın beynəlxalq əlaqələri, xarici ölkələrdəki yeni nümayəndələri, imzalanmış yeni əməkdaşlıq müqavilələri, Xəqan Hümbətzadə sahibkarlardan daxil olan şikayətlər, onlara ilkin hüquqi yardımın göstərilməsi və məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı ASK-nın üzərinə düşən vəzifələrin icra vəziyyətinə aydınlıq gətirdi.

Baş katibin müavini Nərmin Qəniyeva üzvlüyə müraciət etmiş yeni namizədlərin siyahısını təqdim etdi. Rəyasət Heyəti səsvermə yolu ilə namizədlərin üzvlüyə qəbuledilməsini təsdiqlədi.

Sonra ASK-nın tərkibində yeni formalaşan “Nəqliyyat  və Logistika müəssisələri ilə İş Komissiyası”, “Ticarət müəssisələri ilə İş Komissiyası”nın əsasnaməsi və tərkibi də səsvermə yolu ilə təsdiqləndi.

“ASK Business Consulting”in direktor müavini Aqil Babayev şirkətin təşkil etdiyi biznes görüşləri, göstərilən xidmətlər, hazırda icrada olan layihələr haqqında məlumat verdi.

ASK və Vergilər Nazirliyi, ASK Gömrük Komitəsi arasında əməkdaşlıq şuralarının fəaliyyəti barədə ASK-nın vitse-prezidentləri Zakir Nuriyev və Vüqar Abbasov çıxış etdilər.

İclasda həmçinin Nazirlər Kabinetinin sahibkarların kateqoriyaya bölünməsi üzrə müvafiq qərarı əsasında ASK üzvləri üçün nəzərdə tutulmuş üzvlük haqqı normalarına yenidən baxıldı və səsvermə ilə qəbul edildi.

Back To Top