skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə İsrail-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Ilə İsrail-Azərbaycan Ticarət Palatası Arasında əməkdaşlıq Memorandumu Imzalandı

İyulun 4-də Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə İsrail-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bununla bağlı  ASK-nın ofisində keçirilən tədbirdə çıxış edən Konfederasiyanın prezidenti Məmməd Musayev bildirdi ki, Azərbaycan ilə İsrail arasında siyasi əməkdaşlıq çox yüksək səviyyədədir. M.Musayev bu tərəfdaşlığın iqtisadi münasibətlərə də təsir edərək, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu vurğuladı.

İsrail-Azərbaycan Ticarət Palatasının sədri Aleks Kaplun və layihələr üzrə menecer Paşa Əliyev isti qəbula görə Konfederasiya rəhbərliyinə təşəkkür edərək təşkilat haqqında məlumatları təqdim etdilər.

A.Kaplunun sözlərinə görə, Bakıda anadan olub və ali təhsilini də burada alıb. Sonradan İsrailə köçüb, orada İT bilikləri ilə fərqlənib və İnvestisiya Fondunun rəhbəri kimi “Microsoft” kimi şirkətlərin proqram həllərinə investisiya qoyuluşlarında iştirak edib. A.Kaplun vaxtaşırı Bakıya səfərlər edib və hesab edir ki, İT texnologiyalar ilə bağlı Azərbaycanda böyük potensial mövcuddur. Palata sədri bildirib ki, Azərbaycan-İsrail Dövlətlərarası Komissiyasının fəal şəkildə çalışması onların işinə də müsbət təsir göstərib və artıq biznes əlaqələri inkişaf edir.

Cənab Kaplun Bakıda açılacaq İT Treninq Mərkəzi ilə bağlı da məlumat verərək, bu il oktyabrın 1-dən tələbə qəbuluna başlanılacağını qeyd edib.

Back To Top