skip to Main Content

ASK-da GİZ-in Azərbaycan üzrə direktoru ilə görüş oldu

ASK-da GİZ-in Azərbaycan üzrə Direktoru Ilə Görüş Oldu

Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndələri GİZ-in Azərbaycan üzrə direktoru Sonia Fontaine ilə görüş keçirdilər.

Görüşdə ASK ilə GİZ arasında əməkdaşlıqla bağlı bir neçə mövzu müzakirə olundu. ASK-nın vitse-prezidenti Vüqar Zeynalov konfederasiya haqqında qonağa məlumat verdi və sahibkarlar şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üçün görülən işlərdən danışdı. O bildirdi ki, hazırda ASK-nın Azərbaycanın müxtəlif rayon və şəhərlərində 32 nümayəndəsi fəaliyyət göstərir və eyni zamanda 18 xarici ölkədə nümayəndə ilə təmsil olunur.

Xanım Sonia Fontaine Azərbaycanda inkişafa dəstək vermək üçün hökumətlə və yerli idarəetmə orqanları ilə əməkdaşlıq etdiklərini vurğuladı. S.Fontaine ASK-nın yerli nümayəndələri və sahəvi assosiasiyalarla birgə layihələr həyata keçirməkdə maraqlı olduğunu söylədi.

V.Zeynalov assosiasiyaların qurulması təcrübəsinin Azərbaycanda zəif olduğunu qeyd etdi və bu sahədə təlimlərin vacibliyinə toxundu. Həmçinin orta və kiçik sahibkarlarda idarəetmə bacarıqlarının artırılması istiqamətində dəstəyə ehtiyac duyulduğunu dedi.

Görüşdə bir neçə sahədə birgə əməkdaşlıq etmək qərara alındı.

Back To Top