skip to Main Content

ASK-nın Gənc Sahibkarlarla İş komissiyasının iclası keçirildi

ASK-nın Gənc Sahibkarlarla İş Komissiyasının Iclası Keçirildi

Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Gənc Sahibkarlarla İş komissiyasının görüşü keçirildi.

Azərbaycan İnvestisiya Şirkətində baş tutan görüşdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Sahibkarlarla iş və Kommunikasiya şöbəsinin müdiri Nərmin Qəniyeva, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Allahverdi Paşayev, Azərbaycan Respublikası Təhsil Nazirliyi “SABAH” qrupları layihəsinin rəhbəri Şahin Seyidzadə, “Gənc sahibkarlar şəbəkəsi” İB-nin sədri Xəyalə Məmmədova, “İB club”un həmtəsisçisi Şəmsi Bayramzadə, “Youth İnc.” Biznes inkubasiyasının koordinatoru Zaur Ünsizadə, “Gənclər Təşkilatları Milli Şuras”ının katibi Fatimə Vəliyeva, “Azərbaycan Gənclər Fondu”nun nümayəndəsi Rahim Rəhimov iştirak etdilər.

Görüşü açan Vüqar Zeynalov gündəliyə əsasən, komissiyanın sədri, sədr müavini və katibi vəzifələrinə namizədlərin təklif edilməsini və səsverməyə qoyulmasını həyata keçirdi. Azərbaycan İnvestisya Şirkətinin icraçı direktoru Allahverdi Paşayev komissiyanın sədri, Şahin Seyidzadə sədr müavini və Azərbaycan İnvestisiya şirkətinin əməkdaşı Nəzrin Sultanova komissiyanın katibi elan edildi.

Komissiyanın görüşündə vençor kapitalın sadələşdirilməsi və gənc investorlar üçün maliyyə mənbələrinin əlçatanlığının təmin edilməsi, komissiyanın əsasnaməsinə uyğun olaraq növbəti rüblər üçün komissiyanın fəaliyyət planının hazırlanması, habelə noyabrın ilk həftəsində keçiriləcək “Qlobal sahibkarlıq həftəsi” üzrə fəaliyyətlərin planlaşdırılması müzakirə olundu.

Şahin Seyidzadə bildirdi ki, yaxın günlərdə Avropa Gənc Sahibkarlar Platformasının rəhbəri Azərbaycana səfər edəcək və səfər çərçivəsində komissiyanın fəaliyyəti haqqında ona məlumat veriləcək. Həmçinin ASK nümayəndələri ilə görüşün planlaşdırılması barədə fikirlərini bölüşdü.

O cümlədən qərara alındı ki, növbəti görüşlərdən etibarən komissiyanın üzvləri və nümayəndələrinin sayının artırılması və əlaqəli dövlət qurumlarının nümayəndələrinin də dəvət olunması təklif edildi. Komissiyanın fəaliyyəti çərçivəsində əlaqəli beynəlxalq biznes şəbəkələrin ekspertlərinin dəvəti və bu şəbəkələrin Azərbaycan nümayəndəlikləri ilə sıx görüşünün təşkil edilməsi, BMT-nin müvafiq altqurumları ilə qarşılıqlı əməkdaşlığın  artırılması vurğulandı.

Sonda Komissiyanın növbəti görüşünün sentyabrın əvvəlinə keçirilməsi qərara alındı.

Back To Top