ASK-nın xaricdəki nümayəndəsi Serbiyanın “Danas” informasiya agentliyinə müsahibə verib
Azərbaycanla Monteneqro arasında turizm, ticarət, infrastuktur, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Monteneqro, Serbiya Respublikaları, Bosniya və Herseqovina Federasiyası üzrə nümayəndəsi Seyran Mirzəzadə Serbiyanın “Danas” informasiya agentliyinə müsahibəsində bildirib.
S.Mirzəzadə Azərbaycan–Monteneqro iqtisadi əlaqələri, Monteneqro Baş nazirinin Azərbaycana son səfəri və ASK-nın fəaliyyəti haqqında məlumat verib.
Qeyd edib ki, 1999-cu ildən fəaliyyət göstərən Konfederasiya hazırda ətrafında 6000-dən çox sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər ittifaqı birləşdirir. Monteneqro, Serbiya Respublikaları, Bosniya və Herseqovina Federasiyası üzrə yeni nümayəndəliyinin sayca 18-cidir. Təşkilatın missiyasına toxunan S.Mirzəzadə: “Konfederasiyanın əsas məqsədlərindən biri üzvləri arasında işgüzar əlaqələrin yaradılması və eyni zamanda xarici ölkələrdə də tərəfdaşların tapılmasında kömək göstərməkdir”, deyərək, yeni nümayəndəliyin açılmasının Azərbaycanla region ölkələri arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Müsahibənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
https://www.danas.rs/svet/crna-gora-jedna-od-najpouzdanijih-partnera-u-regionu/