skip to Main Content

ASK üzvləri Tomska işgüzar səfər ediblər

ASK üzvləri Tomska Işgüzar Səfər Ediblər

Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri Rusiya Federasiyasının Tomsk şəhərinə işgüzar səfər ediblər. “ASK Business Consulting” MMC-nin təşkilatçılığı ilə baş tutan səfərdə Azərbaycanın neft-maşınqayırması və avadanlıqları, qida sənayesi, əczaçılıq və s. sahələr üzrə kiçik və orta sahibkarlar iştirak edirlər.

Tomsk Ticarət Sənaye Palatasında keçirilən görüş iş adamlarının qarşılıqlı əlaqələr qurması baxımından çox faydalı olub.

“Sizin səfəriniz bizim üçün böyük əhəmiyyət daşıyır”, deyə azərbaycanlı iş adamlarını salamlayan innovasiyalar və sahibkarlıq fəaliyyəti üzrə departamentin rəhbəri Aleksandr Osadçenko bildirib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün milli layihələr həyata keçirirlər. Əsas məqsədlərdən biri xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsidir.

“Bizim regionla Azərbaycan arasında əməkdaşlıq çox fəal şəkildə artır”, deyən Tomsk Ticarət Sənaye Palatasının prezidenti Marina Uskova qeyd edib ki, son beş ildə Azərbaycana üç biznes-missiya göndəriblər. O, qarşılıqlı əməkdaşlığın böyük perspektivi olacağına inandığını vurğulayıb.

Back To Top