skip to Main Content

Azərbaycan sahibkarlarının Özbəkistana səfəri olacaq

Azərbaycan Sahibkarlarının Özbəkistana Səfəri Olacaq

Azərbaycan Sahibkarlar Konfederasiyası ölkənin iş adamları ilə birlikdə Özbəkistana böyük bir biznes missiya təşkil edir.  Missiya 5 oktyabr 2019-cu il tarixində Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Biznes Forumda iştirak edəcək.

Səfərdə təmsil olunan sahibkarlıq fəaliyyəti üzrə prioritet sahələr aşağıdakılardır:

  • Tikinti materialların istehsalı
  • Dərman vasitələri
  • Kənd təsərrüfatı
  • Turizm
  • Qida sektoru
  • Tekstil
  • İnformasiya və rabitə texnologiyaları
  • Kimya sənayesi
  • Neft və qaz sənayesi
  • Maşınqayırma
  • Elektrik mühəndisliyi

Tədbirdə iştirak etmək istəyən şirkət nümayəndələri 20 sentyabr 2019-cu il tarixinədək müraciət formasını (qoşma 6 səhifə) dolduraraq ckarimov@ask.org.az elektron ünvanına göndərmələri xahiş olunur.

 

Əlaqələndirici şəxs: Cavid Kərimov

Elektron poçtu: ckarimov@ask.org.az

Telefon: 994124657692 (daxili 117)

Back To Top