ASK “Bank xidmətləri və bank məhsulları” mövzusunda təlim keçirdi
Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasında “Bank xidmətləri və bank məhsulları” mövzusunda təlim baş tutub.
Təlimi “International Consulting Company” şirkətinin baş direktoru Ramin Bayramov keçirib.
Sahibkarların maliyyə savadının artırılması məqsədi daşıyan bu təlimdə kredit imkanları və kredit məhsulları haqqında geniş məlumat verilib. Kreditin ödənilməsi ilə bağlı orataya çıxan çətinliklər zamanı bu çətinliklərin həll edilməsi yolları və eləcə də depozit hesabları barədə təlimçilərə geniş məlumat verilib.
Təlimdə iştirak edən bank əməkdaşları sahibkarların maliyyə biliklərinin aşağı olduğunu qeyd edərək, onların müqavilələri belə oxumaq istəmədiklərini söyləyiblər.
Ramin Bayramov mikro, kiçik və orta sahibkarların kredit götürmək imkanları və risklər barədə məlumat verərək, sahibkarların borclanmağa meyilli olmasının mənfi nəticələr yaratdığını qeyd edib.
Qeyd edək ki, təlimdə sahibkarlar və bank əməkdaşları iştirak ediblər.