“Fibonacci Game 2019” yarışı təşkil ediləcək
Hörmətli Sahibkarlar!
Qlobal Sahibkarlıq həftəsi çərçivəsində 23 noyabr 2019-cu il tarixində saat 11:00-da ASK-nın təşkilatçılığı ilə sahibkarlar arasında “Fibonacci Game 2019” yarışı təşkil ediləcəkdir.
Sözügedən yarışda hər bir şirkət 6 nəfərlik komanda ilə təmsil oluna bilər. Fibonacci Game –intellektual oyundur və dünya intellektual oyunlar sistemində ən nüfuzlu oyunlar sinfinə daxildir. Oyunda ümumi dünya görüşü və qisməndə sahibkarlıq mövzularından ibarət suallar səsləndiriləcəkdir. Mükafatlandırılma 3 yer üzrə həyata keçiriləcək.
I yer qalib komandaya- 900 manat
II yer qalib komandaya -600 manat
III yer qalib komandaya -300 manat
İştirakçılara mükafat və sertifikatlar təqdim ediləcəkdir. Şirkətlərin iştirakı üzrə komanda limiti yoxdur.
Oyuna qoşulmaq istəyən şirkətlərdən komanda üzvlərinin tərkibi və adı barədə məlumatları 20 noyabr 2019-cu il tarixinədək ckarimov@ask.org.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tədbirin keçiriləcəyi məkan: Metropol (Lətif İmanov, 37 Elmlər Akademiyası m. yaxınlığı)
İştirakçılıq haqqı: 1 nəfərin iştirak haqqı 60 manat olmaqla komanda üzrə 360 manat.
Oyun üzrə coordinator: Cavid Kərimov
Tel: +994 12 465 76 92 / 93 (daxili 117)
Mob: +994 55 230 86 22
Email: ckarimov@ask.org.az