skip to Main Content

ASK Lənkəran şəhərində sahibkarlarla görüşdü

ASK Lənkəran şəhərində Sahibkarlarla Görüşdü

30 oktyabr 2019-cu il tarixində, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Lənkəranda sahibkarlarla görüşüb. Görüşdə Lənkəran şəhər İcra hakimiyyətinin nümayəndəsi Mikayıl Cəfərzadə, Lənkəran şəhər peşə məktəbinin direktoru Afər Kərimov, ASK-nın baş katib əvəzi Kristina Məmmədova, ASK-nın Lənkəran şəhər nümayəndəsi Şakir Lətifov  və ASK-nın Sahibkarlarla iş və kommunikasiya şöbəsinin əməkdaşları iştirak ediblər.

Baş katibin müavini Nərmin Qəniyeva sahibkarlar üçün ASK-nın təqdimatını həyata keçirib. ASK-nın indiyə kimi əldə etdiyi uğurlar və sahibkarlara təqdim etdiyi xidmətlər barədə məlumat verib. Daha sonra ASK-nın Lənkəran rayon nümayəndəsi Şakir Lətifov sahibkarlara təqdim edilib və Lənkəran rayonunda işləyən sahibkarlara onunla sıx fəaliyyətdə olmaq tövsiyyə edilib. Baş katib əvəzi Kristina Məmmədova sahibkarlar o cümlədən regionun peşə məktəbi nümayəndəsi üçün ASK-nın Cənubi Qafqazda peşə təhsili layihəsinin təqdimatını edib. Layihənin istiqamətləri və bu fəaliyyətdə region işəgötürənlərinin rolunun mühüm olduğu qeyd edilib. Lənkəran şəhər peşə məktəbinin direktoru da öz növbəsində peşə məktəbi barədə iştirakçıları məlumatlandırıb və sahibkarları peşə məktəbi ilə sıx əməkdaşlıq etməyə çağırıb. Tədbir – sual cavab sessiyası ilə yekunlaşıb.

Back To Top