Azərbaycan sahibkarları ilə Türkiyə sahibkarları arasında B2B keçirilib
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvləri ilə Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) üzvləri arasında B2B biznes görüşləri təşkil olundu.
Tədbiri açan Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının yaradılması iş adamları arasında əməkdaşlıq üçün yeni imkanlar açıb. 14 Oktyabrda ASK-nın təşkilatçılığı ilə Bakıda keçirilən biznes-forumun çox uğurlu olduğunu vurğulayan V.Zeynalov türkdilli xalqların 150 milyonluq istehlakçı kütləsi formalaşdırdığını söyləyib.
Vitse-prezident İpəkyolu Ticarət Palatası da daxil olmaqla ASK-nın 10 beynəlxalq təşkilatda Azərbaycan sahibkarlarını təmsil etdiyini vurğulayaraq, Türkiyə və Azərbaycan iş adamlarının əməkdaşlıq qurmaları üçün bütün şəraitlərin yaradıldığını qeyd edib.
Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin İzmir Başkanı Bilal Saygılı 11 min üzvü olan qurumun Türkiyə iqtisadiyyatının 20 faizini təşkil etdiyini söyləyib. “İnvestisiyamızı bu ölkəyə qoymaq, pullarımızım qardaş ölkədə qalmasını istərdik”, deyə B.Saygılı bildirib.