ASK nümayəndəsi Kalininqradda keçirilən tədbirdə iştirak edib
Ötən həftə Norveç Krallığının Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfirinin başçılıq etdiyi nümayəndə heyətinin Kalininqrad şəhərinə səfəri ilə əlaqədar Rusiya ilə Norveç arasındakı münasibətlərə həsr olunmuş tədbirdə ASK-nın Polşa və Rusiya Federasiyasının Kalininqrad üzrə nümayəndəsi Tofiq Rzayev də iştirak edib.
İki ölkə arasında tarixi və mədəni münasibətlərə həsr edilmiş sərgidə iştirak etmək üçün səfər edən nümayəndə heyətinin tərkibinə Krallığın ictimai və işgüzar dairələrinin nümayəndələri daxil olublar.
Tədbir zamanı ASK-nın nümayəndəsi Tofiq Rzayev Norveçin yüksək vəzifəli şəxsləri – Kənd Təsərrüfatı və Balıqçılıq Komitəsinin sədri, Səfirin iqtisadi məsələlər üzrə müavini, habelə Norveç Krallığının Səfiri ilə görüşərək ASK barədə məlumat vermiş və ikitərəfli aktual mövzularda fikir mübadiləsi aparmışdır. Norveçli iş adamları Rusiya, Norveç və Azərbaycanda nərə balığının yetişdirilməsi üzrə Tofiq Rzayev tərəfindən rəhbərlik edilən “Akvakultura” layihəsində iştirak etmək istəklərini ifadə ediblər.
Tədbir zamanı aparılan müzakirələr konstruktiv, səmimi şəraitdə keçmiş və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanlar açmışdır.