skip to Main Content

ASK prezidenti X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

ASK Prezidenti X Azərbaycan-Rusiya Regionlararası Forumunda Iştirak Edib

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyanın nümayəndələri də iştirak edib.

Azərbaycan və Rusiya iqtisadiyyatlarının ən perspektivli sahələri barədə müzakirələr aparılan forumda Birinci vitse-prezident Mehriban Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış ediblər.

Forum çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə “Opora Rosii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Həmçinin Rusiyanın tanınmış mətbuat kommunikasiya qurumu olan “Biznes-Dialoq Media” ilə əməkdaşlıq sazişi də rəsmiləşdirilib.

Forum zamanı kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, turizm sektorları üzrə panellərdə ASK prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndələr fəal iştirak ediblər.

Tədbir zamanı “Delovaya Rosiya” Ümumrusiya İctimai Birliyi ilə görüş keçirilib və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda, ASK baş katibinin müavini Fuad Hümbətov Omsk vilayətinin hökumətini təmsil edən Lapin Aleksey Alekseyeviç ilə görüşüb. Görüş nəticəsində Omskdan Azərbaycana biznes-missiyanın səfəri barədə razılıq əldə edilib.

Back To Top