skip to Main Content

ASK prezidenti İsveçrə səfiri ilə görüşdü

ASK Prezidenti İsveçrə Səfiri Ilə Görüşdü

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşüb.

M.Musayev qonağı salamlayaraq, Azərbaycanla İsveçrə arasında əlaqələrin genişləndiyini, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini vurğulayaraq, ölkəmizdə İsveçrə investisiyalı şirkətlərin fəaliyyətə başlamasına ASK-nın lazımi dəstək verməyə hazır olduğunu bildirib. ASK prezidenti bu məqsədlə tədbirlər, biznes-forumlar, ixrac missiyaların həyata keçirilməsinə önəm verməyi qeyd edib.

“Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və gələcək inkişafımızda İsveçrə kimi inkişaf etmiş dövlətlərin təcrübəsindən faydalanmaq lazımdır”, – deyən M.Musayev qarşılıqlı əməkdaşlıq istiqamətlərinə toxunub.

Səfir xanım Muriel Peneveyre bu ilin iyul ayından Azərbaycanda fəaliyyətə başladığını, ölkəsinin bu əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyilə Azərbaycanda həyata keçirilən islahatlara dəstək verdiklərinin xatırladan səfir, infrastruktur layihələri, maliyyə sektorunda aparılan struktur yeniliklərinə kömək etdiklərini söyləyib. “Azərbaycan Kredit Bürosu”nun fəaliyyəti ilə bağlı əməkdaşlıq layihəsini xüsusi qeyd edən Muriel Peneveyre sahibkarlığın inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığa hazır olduqlarını deyib.

Sonra ASK baş katib əvəzi Kristina Məmmədova ASK-nın strukturu, nümayəndələri və fəaliyyət istiqamətləri haqqında qonağa məlumat verib.

 

Back To Top